Bakı. 19 aprel. REPORT.AZ/Rusiyanın paytaxtı Moskva şəhərində akademik N.Burdenkonun adını daşıyan hərbi kliniki hospitalda güclü yanğın baş verib. "Report" xəbər verir ki, yanğın üç mərtəbəli hospitalın birinci mərtəbəsində başlayıb.
Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilib və alovun digər mərtəbələrə yayılmasının qarşısı alınıb. Hospitalda olmuş 139 nəfər binadan təxliyyə edilib.
Yanğın zamanı xəsarət alanların olub-olmaması haqda hər hansı məlumat yoxdur. Hadisənin səbəbləri araşdırılır.