Yuxarı
    Bağlamaq

    Moskvada hərbi hospitalda güclü yanğın baş verib

    Həmin vaxt hospitalda olmuş 139 nəfər təxliyyə edilib

    Bakı. 19 aprel. REPORT.AZ/Rusiyanın paytaxtı Moskva şəhərində akademik N.Burdenkonun adını daşıyan hərbi kliniki hospitalda güclü yanğın baş verib. "Report" xəbər verir ki, yanğın üç mərtəbəli hospitalın birinci mərtəbəsində başlayıb.

    Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilib və alovun digər mərtəbələrə yayılmasının qarşısı alınıb. Hospitalda olmuş 139 nəfər binadan təxliyyə edilib.

    Yanğın zamanı xəsarət alanların olub-olmaması haqda hər hansı məlumat yoxdur. Hadisənin səbəbləri araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi