​Moskva-Qoa təyyarəsində kütləvi dava düşüb

​Moskva-Qoa təyyarəsində kütləvi dava düşüb Çarter reysini "Severnıy veter" şirkəti yerinə yetirib
Digər ölkələr
21 Mart , 2015 00:46
​Moskva-Qoa təyyarəsində kütləvi dava düşüb

Bakı. 21 mart. REPORT.AZ/ Moskvadan Qoaya uçan turistlərin olduğu təyyarə göyərtədə düşən kütləvi dava səbəbindən təcili olaraq Həştərxan hava limanına eniş edib.

“Report” xəbər verir ki, çarter reysini “Severnıy veter” şirkəti icra edib.

Təyyarə Rostov-na-Donu üzərindən uçan zaman sərxoş sərnişinlər göyərtədə dava salıblar. Komandir Həştərxanda məcburi eniş etmək barədə qərar qəbul edib.

Eniş etdikdən sonra hava limanı əməkdaşları bütün 212 sərnişinin yerli mehmanxanalara yerləşdirilməsi ilə məşğul olublar. Heyət üzvləri reysin çərşənbə axşamı bərpa olunacağını bildiriblər.

Son xəbərlər

Orphus sistemi