Bakı. 21 mart. REPORT.AZ/ Moskvadan Qoaya uçan turistlərin olduğu təyyarə göyərtədə düşən kütləvi dava səbəbindən təcili olaraq Həştərxan hava limanına eniş edib.
“Report” xəbər verir ki, çarter reysini “Severnıy veter” şirkəti icra edib.
Təyyarə Rostov-na-Donu üzərindən uçan zaman sərxoş sərnişinlər göyərtədə dava salıblar. Komandir Həştərxanda məcburi eniş etmək barədə qərar qəbul edib.
Eniş etdikdən sonra hava limanı əməkdaşları bütün 212 sərnişinin yerli mehmanxanalara yerləşdirilməsi ilə məşğul olublar. Heyət üzvləri reysin çərşənbə axşamı bərpa olunacağını bildiriblər.