Yuxarı

Moldova Konstitusiya Məhkəməsi dövlət dilini rumın dilinə dəyişməyə icazə verib

Moldova Konstitusiya Məhkəməsi dövlət dilini rumın dilinə dəyişməyə icazə verib
Moldovanın prezidenti İqor Dodon rumın dilinin statusu ilə bağlı referendum keçirilməsini təklif edib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Moldovanın Konstitusiya Məhkəməsi (KM) bir qrup deputatın ölkə konstitusiyasına dövlət dilinin moldova dilindən rumın dilinə dəyişdirilməsi ilə əlaqədar düzəlişlər edilməsi ilə bağlı qanun layihəsinə müsbət rəy verib.

"Report" TASS-a istinadən xəbər verir ki, hakimlər bu qərarı müvafiq qanunvericilik təşəbbüsünü irəli sürən və deputatların üçdə birini (101-dən 35) təşkil edən Liberal və Liberal Demokratik partiyalarının nümayəndələrinin iddiası əsasında qəbul edib.

KM sədri Tudor Pantsıru qərarın Moldovanın Müstəqillik Bəyannaməsində rumın dilinin rolu barədə qeyd olunanlara əsasən, qəbul edildiyini vurğulayıb. Onun sözlərinə görə, Bəyannamənin mətni dövlət dili kimi moldova dilinin göstərildiyi ölkə konstitusiyası üzərində üstünlüyə malikdir.

Öz növbəsində, Moldova prezidenti İqor Dodon ölkədə rumın dilinin dövlət dili statusu ilə qanuniləşdirilməsinin qəbuledilməz və qanunsuz olduğunu bildirib.

Dövlət başçısı məsələ ilə əlaqədar referendum keçirilməsini və vətəndaşların dövlət dilinin hansı - rumın, yoxsa moldova dili olmasına qərar verməsini təklif edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi