MKİ 50 illik fəaliyyətini özündə əks etdirən sənədləri məxfilikdən çıxarıb

MKİ 50 illik fəaliyyətini özündə əks etdirən sənədləri məxfilikdən çıxarıb Məxfilikdən çıxarılmış sənədlərə siyasət məsələləri və kəşfiyyat əməliyyatları üzrə hesabatlar daxildir
Digər ölkələr
18 Yanvar , 2017 10:55
MKİ 50 illik fəaliyyətini özündə əks etdirən sənədləri məxfilikdən çıxarıb

Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) qurumun 1940-1990-cı illər ərzindəki fəaliyyətinə həsr olunmuş 12 milyon səhifəlik sənədi dərc edib.

"Report" MKİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, indi bu sənədlərə MKİ-nin rəsmi saytında onlayn baxmaq olar.

"Bu tarixi sənədlərə çıxış artıq müəyyən coğrafiya ilə məhdudlaşmır", - deyə MKİ-nin İnformasiyanın İdarəedilməsi şöbəsinin rəgbəri Cozef Lambert bildirib. Qeyd edək ki, daha əvvəl bu sənədlər yalnız Kollec Park şəhərində (Merilend ştatı) yerləşən Milli Arxivdə mövcud olub.

Məxfilikdən çıxarılmış sənədlərə əsasən, siyasət məsələləri və kəşfiyyat əməliyyatları üzrə hesabatlar daxildir. Bundan əlavə, bəzi sənədlər Vyetnam və Koreyadakı müharibələr, eləcə də soyuq müharibə zamanı İdarənin fəaliyyətinə müəyyən dərəcədə aydınlıq gətirir.

Sənədlərdə, həmçinin uçan naməlum obyektlərin (UNO) öyrənilməsi üzrə ehtimal edilən proqram və MKİ-nin "Ulduz qapıları" proqramı barədə materiallar var.

Son xəbərlər

Orphus sistemi