Misirin keçmiş prezidenti Mursinin 296 tərəfdarı azadlıqdan məhrum edilib

Misirin keçmiş prezidenti Mursinin 296 tərəfdarı azadlıqdan məhrum edilib Qarışıqlıqlar və qarşıdurmalar zamanı yüzlərlə vətəndaş öldürülüb
Digər ölkələr
1 Dekabr , 2016 04:21
Misirin keçmiş prezidenti Mursinin 296 tərəfdarı azadlıqdan məhrum edilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Misir Hərbi Məhkəməsi ölkənin sabiq prezidenti Məhəmməd Mursi rejiminin 296 tərəfdarını İsmailiyə vilayətindəki qarışıqlıqlarda və zorakılığa təhrikçilikdə ittiham edərək 25 ilə qədər azadlıqdan məhrum edib.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" ölkənin yerli mətbuatına istinadən xəbər verib.

Mursi 2013-cü ilin iyulunda hakimiyyətdən devrilib və ölkədə keçid dövrü elan edilib. Lakin buna baxmayaraq Mursinin tərəfdarları kütləvi etiraz aksiyaları keçirərək onun dövlət başçısı postuna qaytarılması tələbləri ilə çıxış ediblər.

Bu zaman ölkədə baş vermiş qarışıqlıqlar və qarşıdurmalar zamanı yüzlərlə vətəndaş öldürülüb. Keçmiş ölkə başçısı onu dəstəkləyənlərlə birlikdə həbsxanalara salınıb.

Son xəbərlər

Orphus sistemi