Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası istifadəyə verilib

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası istifadəyə verilib Daha sonra bazada hərbi parad keçirilib
Digər ölkələr
22 İyul , 2017 16:21
Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası istifadəyə verilib

Bakı. 22 iyul. REPORT.AZ/ Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası istifadəyə verilib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, mərasimdə iştirak edən ölkə prezidenti Əbdülfəttah əs-Sisi yeni yaradılan hərbi bazada Misirin bayrağını qaldırıb. 

Daha sonra bazada hərbi parad keçirilib. Ə.Sisi paradı izləyib. 

Açılışda bildirilib ki, hərbi bazanın əsas məqsədi ölkənin ikinci ən böyük şəhəri olan İsgəndəriyyənin və ətrafında olan ərazilərin mühafizəsini daha da gücləndirməkdi. Bu ərazilərdə iri həcmli neft yataqları, dəniz limanı mövcuddur. Misirin ilk atom elektrik stransiyası da gələcəkdə burada inşa olunacaq.

Son xəbərlər

Orphus sistemi