​Misirdə baş verən partlayışda 2 polis ölüb, 27-si yaralanıb

​Misirdə baş verən partlayışda 2 polis ölüb, 27-si yaralanıb Avtobusda polis sıralarına yeni cəlb edilmiş əməkdaşlar olub
Digər ölkələr
24 Avqust , 2015 15:29
​Misirdə baş verən partlayışda 2 polis ölüb, 27-si yaralanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Misirin Buxeyra əyalətində polis əməkdaşlarını aparan avtobusun yaxınlığında baş verən partlayış nəticəsində 2 polis ölüb, 27 nəfər isə yaralanıb.

"Report" "əl-Ahram"a istinadən xəbər verir ki, partlayıcı qurğu yolda quraşdırılıb. Avtobusda polis sıralarına yeni cəlb edilmiş şəxslər olub.

Qeyd edək ki, Buxeyra əyaləti paytaxt Qahirədən 260 km şimalda yerləşir.

Son xəbərlər

Orphus sistemi