​Misir XİN: Rusiyanın aviazərbələri Suriyada terrorçuluğun məhdudlaşdırılmasına xidmət edir

​Misir XİN: Rusiyanın aviazərbələri Suriyada terrorçuluğun məhdudlaşdırılmasına xidmət edir Bu, Misirin Rusiyanın Suriyadakı fəaliyyətinə ilk rəsmi reaksiyasıdır
Digər ölkələr
4 Oktyabr , 2015 13:25
​Misir XİN: Rusiyanın aviazərbələri Suriyada terrorçuluğun məhdudlaşdırılmasına xidmət edir

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyada "İraq-Şam İslam Dövləti" (İŞİD - , red) terror qruplaşmasının mövqelərinə aviazərbələrin endirilməsi ilə müşayiət olunan hava əməliyyatları ölkədə terrorçuluğun məhdudlaşdırılmasına xidmət edir".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Misirin xarici işlər naziri Sameh Şukri bəyan edib.

"Rusiyanın öz potensial və imkanları ilə bu mübarizəyə qoşulması, bizim qiymətləndirməmizə görə, Suriyada terrorçuluğun məhdudlaşdırılmasına və onun kökünün kəsilməsinə təsir edəcək", — deyə o bildirib.

Bu bəyanat Misir hakimiyyətinin Rusiyanın Suriyadakı əməliyyatlarına ilk rəsmi reaksiyasıdır.

Son xəbərlər

Orphus sistemi