Yuxarı
    Bağlamaq

    ​Misir XİN: Rusiyanın aviazərbələri Suriyada terrorçuluğun məhdudlaşdırılmasına xidmət edir

    Bu, Misirin Rusiyanın Suriyadakı fəaliyyətinə ilk rəsmi reaksiyasıdır

    Bakı. 4 oktyabr. REPORT.AZ/ "Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyada "İraq-Şam İslam Dövləti" (İŞİD - , red) terror qruplaşmasının mövqelərinə aviazərbələrin endirilməsi ilə müşayiət olunan hava əməliyyatları ölkədə terrorçuluğun məhdudlaşdırılmasına xidmət edir".

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Misirin xarici işlər naziri Sameh Şukri bəyan edib.

    "Rusiyanın öz potensial və imkanları ilə bu mübarizəyə qoşulması, bizim qiymətləndirməmizə görə, Suriyada terrorçuluğun məhdudlaşdırılmasına və onun kökünün kəsilməsinə təsir edəcək", — deyə o bildirib.

    Bu bəyanat Misir hakimiyyətinin Rusiyanın Suriyadakı əməliyyatlarına ilk rəsmi reaksiyasıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi