Minsk razılaşmasının həyata keçirilməsi ilə bağlı nazirlərin görüşü keçiriləcək

Minsk razılaşmasının həyata keçirilməsi ilə bağlı nazirlərin görüşü keçiriləcək Bu barədə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib
Digər ölkələr
10 Aprel , 2015 07:24
Minsk razılaşmasının həyata keçirilməsi ilə bağlı nazirlərin görüşü keçiriləcək

Bakı. 10 aprel. REPORT.AZ/ Berlində Minsk razılaşmasının həyata keçirilməsi ilə bağlı nazirlərin görüşü keçiriləcək. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib.

Məlumatda qeyd edilir ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin, Rusiya xarici işlər naziri Sergey Lavrovun, Ukrayna xarici işlər naziri Pavlo Klimkinin və Fransa xarici işlər naziri Laurent Fabiusun qatılacağı görüş aprelin 13-də keçiriləcək.

Görüşdə Ukraynada atəşkəsin təmin olunmasını nəzərdə tutan Minsk razılaşmasının həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi