Yuxarı

Minsk razılaşmasının həyata keçirilməsi ilə bağlı nazirlərin görüşü keçiriləcək

Bu barədə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib

Bakı. 10 aprel. REPORT.AZ/ Berlində Minsk razılaşmasının həyata keçirilməsi ilə bağlı nazirlərin görüşü keçiriləcək. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib.

Məlumatda qeyd edilir ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin, Rusiya xarici işlər naziri Sergey Lavrovun, Ukrayna xarici işlər naziri Pavlo Klimkinin və Fransa xarici işlər naziri Laurent Fabiusun qatılacağı görüş aprelin 13-də keçiriləcək.

Görüşdə Ukraynada atəşkəsin təmin olunmasını nəzərdə tutan Minsk razılaşmasının həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi