Mərakeşdən olan 600-dən çox miqrant İspaniya sərhədini qanunsuz keçib

Mərakeşdən olan 600-dən çox miqrant İspaniya sərhədini qanunsuz keçib Toqquşmalarda hüquq-mühafizə orqanlarının 15 əməkdaşı xəsarət alıb
Digər ölkələr
26 İyul , 2018 17:43
Mərakeşdən olan 600-dən çox miqrant İspaniya sərhədini qanunsuz keçib
AP Photo / Marcos Moreno

Bakı. 26 iyul. REPORT.AZ/ Səkkiz yüzə yaxın miqrant Mərakeş və İspaniyanın Şimali Afrikada olan ərazisi - anklavı Seuta arasındakı sərhəddə 7 metrlik yüksək hasarları aşmağa cəhd göstərib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, onlardan 602-si buna nail olub. Baş verən toqquşmalarda hüquq-mühafizə orqanlarının 15 əməkdaşı xəsarət alıb. Onlardan 5-i xəstəxanaya çatdırılıb.

Miqrantlar sərhədi keçməkdən ötrü hüquq-mühafizə orqanlarının nümayəndələrinə daş, çubuq, "Molotov kokteyli", fakellər və həşiş atıblar, spreylərdən isə odsaçan kimi istifadə ediblər. Onlar simli məftilləri laqonda, qayçı və çəkiclə kəsməyə çalışıblar.

Hazırda miqrantlardan 586-sı müvəqqəti qalma mərkəzində, 16 nəfəri isə xəstəxanadadır.

Son xəbərlər

Orphus sistemi