Menbiçdəki partlayışda ölənlərin sayı 15-ə çatıb - VİDEO - YENİLƏNİB

Menbiçdəki partlayışda ölənlərin sayı 15-ə çatıb - VİDEO - YENİLƏNİB Bakı. 16 yanvar. REPORT.AZ/ Menbiçdə baş vermiş partlayışda ölənlərin sayı 15-ə çatıb.
Digər ölkələr
16 Yanvar , 2019 17:33
Menbiçdəki partlayışda ölənlərin sayı 15-ə çatıb - VİDEO - YENİLƏNİB

Bakı. 16 yanvar. REPORT.AZ/ Menbiçdə baş vermiş partlayışda ölənlərin sayı 15-ə çatıb.

"Report" AFP-yə istinadən xəbər verir ki, ölənlərdən ikisi amerikalı hərbçidir.


***16:26

Suriyanın Menbiç rayonunda baş verən partlayış nəticəsində azı 9 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə şəhərin mərkəzində ABŞ hərbi patrulunun hərəkət yolunda baş verib.

Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Məlumata görə, partlayışı terrrorçu-kamikadze həyata keçirib.

Son xəbərlər

Orphus sistemi