Meksikada şəhər polisinin rəisi və mühafizəçisi qətlə yetirilib

Meksikada şəhər polisinin rəisi və mühafizəçisi qətlə yetirilib Yüksək vəzifəli polis Santos-Xuares Roças və onun mühafizəçisi yaxınlıqdakı Salamanka şəhərinin ətrafında ölü tapılıblar
Digər ölkələr
2 Avqust , 2017 04:20
Meksikada şəhər polisinin rəisi və mühafizəçisi qətlə yetirilib

Bakı. 2 avqust. REPORT.AZ/ Meksikada naməlum cinayətkarlar Selaya şəhərinin polis rəisini və onun mühafizəçilərindən birini qətlə yetiriblər.

"Report"un məlumatına görə, bu barədə WRAL xəbər verib.

Məlumatda bildirilir ki, yüksək vəzifəli polis Santos-Xuares Roças və onun mühafizəçisi yaxınlıqdakı Salamanka şəhərinin ətrafında ölü tapılıblar. Prokurorluq və cinayət axtarışının əməkdaşları ikiqat qətl üçün məsuliyyətə görə sübutları analiz etmək niyyətindədirlər. 

Həmçinin bildirilir ki, qonşu Abasolo şəhərində da bir ailənin 5 üzvü qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi