Meksikada radioaparıcı qətlə yetirilib

Meksikada radioaparıcı qətlə yetirilib Bakı. 16 may. REPORT.AZ/ Meksikada radiostansiyanın aparıcısı qətlə yetirilib.
Digər ölkələr
16 May , 2018 04:56
Meksikada radioaparıcı qətlə yetirilib

Bakı. 16 may. REPORT.AZ/ Meksikada radiostansiyanın aparıcısı qətlə yetirilib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda baş verib.

Tabasko ştatının qubernatorunun sözlərinə görə, radioaparıcı Xuan Karlos Uerta avtomobildə naməlum şəxslər tərəfindən güllələnib. O, qeyd edib ki, bu təsadüfi qətl deyil. Qətl hadisəsi Uerta evdən çıxanda törədilib.

Bununla da 2012-ci ildən Meksikada qətlə yetirilən jurnalistlərin sayı 32 nəfərə çatıb. Meksika dünyada jurnalistlər üçün ən təhlükəli ölkələrdən biridir. 

Son xəbərlər

Orphus sistemi