Meksikada naməlum şəxslər 8 sakini qətlə yetirib

Meksikada naməlum şəxslər 8 sakini qətlə yetirib Öldürülənlərdən 7-i kişi, 1-i qadındır
Digər ölkələr
21 Avqust , 2016 02:53
Meksikada naməlum şəxslər 8 sakini qətlə yetirib

Bakı. 21 avqust. REPORT.AZ/ Meksikanın Verakrus ştatının Alto-Lusero şəhərində ağır cinayət hadisəsi baş verib.

"Report"un məlumatına görə, bu barədə "Frans Press" agentliyi xəbər yayıb.

Məlumata görə, naməlum şəxslər 8 nəfəri qətlə yetiriblər. Öldürülənlərdən 7-i kişi, 1-i qadındır.

Yerli prokurorluq orqanının rəsmiləri hadisəni törətmiş şəxslərin hələlik həbs olunmadıqlarını bildiriblər.

Polisdəki mənbə isə bildirib ki, silahlı cinayətkarlar bir neçə evə hücum edərək elektrik avadanlıqlarını, bahalı əşyaları qarət ediblər. Bundan sonra isə həmin mənzillərin sahiblərini qətlə yetiriblər.

Son xəbərlər

Orphus sistemi