Yuxarı

Meksikada naməlum şəxslər 8 sakini qətlə yetirib

Öldürülənlərdən 7-i kişi, 1-i qadındır

Bakı. 21 avqust. REPORT.AZ/ Meksikanın Verakrus ştatının Alto-Lusero şəhərində ağır cinayət hadisəsi baş verib.

"Report"un məlumatına görə, bu barədə "Frans Press" agentliyi xəbər yayıb.

Məlumata görə, naməlum şəxslər 8 nəfəri qətlə yetiriblər. Öldürülənlərdən 7-i kişi, 1-i qadındır.

Yerli prokurorluq orqanının rəsmiləri hadisəni törətmiş şəxslərin hələlik həbs olunmadıqlarını bildiriblər.

Polisdəki mənbə isə bildirib ki, silahlı cinayətkarlar bir neçə evə hücum edərək elektrik avadanlıqlarını, bahalı əşyaları qarət ediblər. Bundan sonra isə həmin mənzillərin sahiblərini qətlə yetiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi