Yuxarı

Meksikada Milad bayramı zamanı 5 nəfər güllələnib

​Meksikada Milad bayramı zamanı 5 nəfər güllələnib

Bakı. 27 dekabr. REPORT.AZ/ Meksikanın qərbində yerləşən Gerrero ştatının Akapulka şəhərində naməlum cinayətkarların hücumu nəticəsində 8 aylıq körpə uşaq daxil olmaqla 5 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "El Universal" qəzeti yazıb.

Polisin məlumatına görə, naməlum şəxslər taksi ilə Milad bayramının qeyd olunduğu evə gələrək orada olan insanlara atəş açıblar. Dörd kişi hadisə yerində ölüb, körpə aldığı yaralardan xəstəxanada keçinib. Canilər oradan uzaqlaşıblar. Hücumun arxasında hansı cinayətkar qruplaşmanın dayandığı açıqlanmır.

Daha əvvəl Meksikada silahlı qruplaşmalar arasında atışma olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi