Meksikada silahlı qruplaşmalar arasında atışma olub, ölənlər var

Meksikada silahlı qruplaşmalar arasında atışma olub, ölənlər var Bakı. 20 dekabr. REPORT.AZ/ Meksikada silahlı qruplaşmalar arasında atışma olub.
Digər ölkələr
20 Dekabr , 2018 01:41
Meksikada silahlı qruplaşmalar arasında atışma olub, ölənlər var

Bakı. 20 dekabr. REPORT.AZ/ Meksikada silahlı qruplaşmalar arasında atışma olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Tabasko ştatında, Uimanqilo-La-Venta şosesində baş verib. Boru kəmərlərindən yanacaq oğurlayan cinayətkar qruplaşmalar arasında baş verən atışma zamanı azı 6 nəfər həlak olub.

"MVS Noticias" portalı bildirib ki, 2 nəfər avtomobildə güllələnib. Daha 4 nəfər isə yolda öldürülüb.

Hadisə yerinə polis və hərbçilər cəlb edilib. Ştatın prokurorluğu ekspertiza aparır. 

Bir neçə gün əvvəl naməlum şəxslər Meksikada barı avtomat silahlardan atəşə tutub. 

Son xəbərlər

Orphus sistemi