Meksikada Milad bayramı zamanı 5 nəfər güllələnib

Meksikada Milad bayramı zamanı 5 nəfər güllələnib Bakı. 27 dekabr. REPORT.AZ/ Meksikanın qərbində yerləşən Gerrero ştatının Akapulka şəhərində naməlum cinayətkarların hücumu nəticəsində 8 aylıq körpə uşaq daxil olmaqla 5 nəfər həyatını itirib.
Digər ölkələr
27 Dekabr , 2018 04:58
Meksikada Milad bayramı zamanı 5 nəfər güllələnib

Bakı. 27 dekabr. REPORT.AZ/ Meksikanın qərbində yerləşən Gerrero ştatının Akapulka şəhərində naməlum cinayətkarların hücumu nəticəsində 8 aylıq körpə uşaq daxil olmaqla 5 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "El Universal" qəzeti yazıb.

Polisin məlumatına görə, naməlum şəxslər taksi ilə Milad bayramının qeyd olunduğu evə gələrək orada olan insanlara atəş açıblar. Dörd kişi hadisə yerində ölüb, körpə aldığı yaralardan xəstəxanada keçinib. Canilər oradan uzaqlaşıblar. Hücumun arxasında hansı cinayətkar qruplaşmanın dayandığı açıqlanmır.

Daha əvvəl Meksikada silahlı qruplaşmalar arasında atışma olub.

Son xəbərlər

Orphus sistemi