Meksikada həbsxanada qiyam olub: 7 ölü, 13 yaralı

Meksikada həbsxanada qiyam olub: 7 ölü, 13 yaralı Hüquq-mühafizə orqanları əməkdaşlarının silahlı məhbuslarla atışması təxminən 2 saata qədər davam edib
Digər ölkələr
8 İyun , 2017 04:01
Meksikada həbsxanada qiyam olub: 7 ölü, 13 yaralı
Courtesy İmage

Bakı. 8 iyun. REPORT.AZ/ Meksikanın Tamaulipas ştatının Syudad-Viktoriya şəhərindəki həbsxanada atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının silahlı məhbuslarla atışması təxminən 2 saata qədər davam edib. Nəticədə 7 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb.

Yerli hakimiyyət orqanları atışma zamanı öldürülənlərin 3-nün polis əməkdaşları olduğunu bildirib. İlkin məlumata görə, həbsxananın içində qiyama cəhd olub. Bina polis və hərbçilər tərəfindən əhatəyə alınıb. Həbsxananın yaxınlığında isə məhkumların taleyindən narahatlıq keçirən qohumları olub.

Qeyd edək ki, ilkin məlumatda atışma zamanı 4 nəfərin ödürüldüyü və 6 nəfərin xəsarət aldığı bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi