Yuxarı
    Bağlamaq

    Meksikada həbsxanada qiyam olub: 7 ölü, 13 yaralı

    Hüquq-mühafizə orqanları əməkdaşlarının silahlı məhbuslarla atışması təxminən 2 saata qədər davam edib© Courtesy İmage

    Bakı. 8 iyun. REPORT.AZ/ Meksikanın Tamaulipas ştatının Syudad-Viktoriya şəhərindəki həbsxanada atışma olub.

    "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

    Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının silahlı məhbuslarla atışması təxminən 2 saata qədər davam edib. Nəticədə 7 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb.

    Yerli hakimiyyət orqanları atışma zamanı öldürülənlərin 3-nün polis əməkdaşları olduğunu bildirib. İlkin məlumata görə, həbsxananın içində qiyama cəhd olub. Bina polis və hərbçilər tərəfindən əhatəyə alınıb. Həbsxananın yaxınlığında isə məhkumların taleyindən narahatlıq keçirən qohumları olub.

    Qeyd edək ki, ilkin məlumatda atışma zamanı 4 nəfərin ödürüldüyü və 6 nəfərin xəsarət aldığı bildirilirdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi