Yuxarı

Meksikada gizli şəkildə basdırılmış 56 insanın qalıqları aşkarlanıb

Meksikada gizli şəkildə basdırılmış 56 insanın qalıqları aşkarlanıb
Onlardan 24 cəsədin şəxsiyyəti DNK analizləri nəticəsində müəyyənləşdirilib

Bakı. 23 yanvar. REPORT.AZ/ Meksikanın ekspertləri ölkənin şimalındakı Nuevo-Leon ştatında gizli şəkildə basdırılmış 56 nəfərin qalıqlarını aşkarlayıb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə region prokurorluğu məlumat yayıb.

Məlumata görə, cinayətkar qruplaşmalardan biri tərəfindən salınmış gizli qəbristanlıq Qarsia bələdiyyəsi ərazisində, ştatın paytaxtı Monterre şəhəri yaxınlığında müəyyən edilib.

Onlardan 24 cəsədin şəxsiyyəti DNK analizləri nəticəsində müəyyənləşdirilib. Hazırda dövlət orqanları qalıqları onların yaxınlarına təhvil verirlər.

Cəsədlərin çoxu 2010-cu ildə itkin düşmüş şəxslərə məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi