Meksikada bara hücum nəticəsində ölənlərin sayı artıb, yaralılar var - FOTO - YENİLƏNİB-2

Meksikada bara hücum nəticəsində ölənlərin sayı artıb, yaralılar var - FOTO - YENİLƏNİB-2 Meksikada bara hücum nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
Digər ölkələr
29 Avqust , 2019 05:02
Meksikada bara hücum nəticəsində ölənlərin sayı artıb, yaralılar var - FOTO  - YENİLƏNİB-2

Meksikada bara hücum nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Bu barədə "Report" "El Financiero" qəzetinə istinadən xəbər verir.

Regionun baş prokuroru Xorxe Vinkler Ortis bildirib ki, xəstəxanada yanıq xəsarətləri almış daha 9 nəfər qalır. Onların vəziyyəti olduqca ağırdır.

Hüquq-mühafizə orqanları cinayətkarları axtarır. Lakin axtrışlar hələ nəticə verməyib. Ehtimala görə, hücumu "Yeni Halisko nəsli" narkokarteli həyata keçirib.

Meksika prezidenti Andres Manuel Lopes Obrador Baş Prokurorluğun dəqiq araşdırma aparacağını vəd verib. "Təqsirkarlar cəzalandırılacaq", - deyə dövlət başçısı vurğulayıb.

Hadisə Meksikanın cənubundakı Verakruz ştatının Koatzakoalkos liman şəhərində baş verib.


***21:15

Meksikada bara hücum nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.

Məlumata görə, Verakrus ştatında Koatzakoalkos şəhərində baş verən hücum nəticəsində daha 11 nəfər yaralanıb.

Hakimiyyət orqanlarının yaydığı məlumata görə, hadisə iki cinayətkar qruplaşma arasındakı münaqişə ilə bağlıdır. Verakrus ştatının qubernatoru Kuitlauak Qarsiya bildirib ki, hadisəni törədənlərin kimliyi müəyyənləşdirilib. Bu şəxslər iyulda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Lakin onlara qarşı hər hansı ittiham olmadığından şübhəlilər azadlığa buraxılıb.


***14:00

Meksikanın cənubundakı Verakruz ştatının Koatzakoalkos liman şəhərindəki ötən gecə bir barda baş verən yanğın nəticəsində azı 23 nəfər, o cümlədən 8 qadın həlak olub, daha 13 nəfər də ciddi xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

“Report” NBC-ə istinadən xəbər verir ki, ştatın baş vəkil ofisindən bu hadisəni “mənfur hücum” kimi qiymətləndiriblər. 

Ştatın hökumət başçısı bu hücumun kriminal dəstələr arasındakı ixtilafın nəticəsi ola biləcəyini irəli sürüb.

AP xəbər verir ki, ştat prokurorluğu tərəfindən də yanğının qazolin bombaları vasitəsilə törədildiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi