Yuxarı

Meksikada bar atəşə tutulub, ölənlər və yaralananlar var

Meksikada bar atəşə tutulub, ölənlər və yaralananlar var

Bakı. 11 dekabr. REPORT.AZ/ Naməlum şəxslər Meksikada barı avtomat silahlardan atəşə tutub.

"Report" xəbər verir ki, bu barədə "Televisa" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimal-şərqindəki Monterre şəhərində baş verib. Hadisə zamanı azı 3 nəfər öldürülüb, daha 5 nəfər yaralanıb.

Silahlılar hadisə yerindən qaçaraq gizləniblər. Polis cinayətkarların axtarışına başlayıb.

Qeyd edək ki, bir gün əvvəl Meksikada bir qrup miqrant atəşə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi