Meksikada bar atəşə tutulub, ölənlər və yaralananlar var

Meksikada bar atəşə tutulub, ölənlər və yaralananlar var Bakı. 11 dekabr. REPORT.AZ/ Naməlum şəxslər Meksikada barı avtomat silahlardan atəşə tutub.
Digər ölkələr
11 Dekabr , 2018 01:16
Meksikada bar atəşə tutulub, ölənlər və yaralananlar var

Bakı. 11 dekabr. REPORT.AZ/ Naməlum şəxslər Meksikada barı avtomat silahlardan atəşə tutub.

"Report" xəbər verir ki, bu barədə "Televisa" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimal-şərqindəki Monterre şəhərində baş verib. Hadisə zamanı azı 3 nəfər öldürülüb, daha 5 nəfər yaralanıb.

Silahlılar hadisə yerindən qaçaraq gizləniblər. Polis cinayətkarların axtarışına başlayıb.

Qeyd edək ki, bir gün əvvəl Meksikada bir qrup miqrant atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi