Almaniya İkinci Dünya müharibəsindən sonra SSRİ-yə daşınan qənimətləri geri qaytarmaq istəyir

Almaniya İkinci Dünya müharibəsindən sonra SSRİ-yə daşınan qənimətləri geri qaytarmaq istəyir Bakı. 20 dekabr. REPORT.AZ/ Almaniya İkinci Dünya müharibəsindən sonra bu ölkədən çıxarılaraq SSRİ-yə daşınan mədəni irsi geri qaytarmaq istəyir.
Digər ölkələr
20 Dekabr , 2018 08:07
Almaniya İkinci Dünya müharibəsindən sonra SSRİ-yə daşınan qənimətləri geri qaytarmaq istəyir

Bakı. 20 dekabr. REPORT.AZ/ Almaniya İkinci Dünya müharibəsindən sonra bu ölkədən çıxarılaraq SSRİ-yə daşınan mədəni irsi geri qaytarmaq istəyir.

"Report"un məlumatına görə, bu barədə Almaniyanın Moskvadakı Səfirliyinə istinadən "İzvestiya.ru" xəbər verib.

Səfirlikdən bildirilib ki, mədəniyyət obyektlərindən hərbi itkilərə görə kompensasiya kimi istifadə edilməməlidir. Bildirilir ki, Berlin də həmçinin Almaniya ərazisində olan Rusiya mədəni irsinin qaytarılması üzrə danışıqları davam etdirməyə hazırdır.

Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun sözlərinə görə, iki ölkə arasında siyasi dialoq normallaşmayınca, Moskva bu cür məsələləri müzakirə etməyəcək. O, qeyd edib ki, etimad mühiti olmadan hər hansı dialoq aparmaq mənasızdır.

Şvıdkoy bildirib ki, Rusiyada 1998-cü ildən qüvvədə olan qanun çərçivəsində mədəni irsin böyük hissəsi Rusiyanın mədəni irsi hesab olunur və başqa ölkələrə verilə bilməz.

Daha əvvəl İkinci Dünya müharibəsində itkin düşən qəhrəmanın cəsədi 73 il sonra tapılıb.

Son xəbərlər

Orphus sistemi