Yuxarı

Rusiyanın Perm vilayətində mədəndə qalan şaxtaçıların meyitləri aşkarlanıb - VİDEO - YENİLƏNİB

Mədəndə yanğın doqquz mədən fəhləsinə çıxışı bloklayıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Dağ xilasediciləri Solikamskda "Uralkaliya" şaxtasında səkkiz nəfərin cəsədlərini aşkarlayıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, xilasedicilər şaxtaçıların qaldığı mədənə yeddinci dəfə enməyə təşəbbüs ediblər.

Perm diyarının qubernatoru Maksim Reşetnikov və əlahiddə hərbiləşdirilmiş Bereznikovsk mədən-xilasetmə dəstəsinin komandiri Mixail Pestov doqquz işçinin sağ qalmaq şanslarının cüzi olduğunu bildiriblər.

Xatırladaq, dağ xilasediciləri yüksək temperatura və metal konstruksiyaların deformasiyasına görə şaxtaçıların olduğu yerə enə bilmirdilər.


***04:23

Rusiyanın Fövqəladə Vəziyyətlərin Nazirliyinin xilasediciləri altıncı dəfə Solikamskda şaxtada yanğından sonra bloklanmış mədən fəhlələrini xilas etməyə təşəbbüs göstəriblər.

"Report" "Moskovskiy Komsomoleç"ə istinadən xəbər verir ki, bu haqda Perm diyarının Nazirlər Kabinetinin və qubernatorun mətbuat xidmətinin departamentinin rəhbəri Darya Levçenko bildirib.

"Beşinci cəhd alınmadı, xilasedicilərin altıncı briqadası getdi", - deyə Perm hökumətinin sözçüsü bildirib.

Solikamsk kaliumlu mədən idarəsində yanğın doqquz mədən fəhləsinə çıxışı bloklayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi