MDB ölkələrində 4 mindən çox adam terror cinayətinə görə axtarışa verilib

MDB ölkələrində 4 mindən çox adam terror cinayətinə görə axtarışa verilib MDB Antiterror Mərkəzinin rəhbəri: "Bazamız əhəmiyyətli dərəcədə zənginləşib, MDB məkanında 4 262 cinayətkar axtarışdadır"
Digər ölkələr
10 Fevral , 2016 15:20
MDB ölkələrində 4 mindən çox adam terror cinayətinə görə axtarışa verilib

Bakı. 10 fevral. REPORT.AZ/ MDB ölkələrində 4 mindən çox adam terror cinayətlərində iştiraka görə axtarışa verilib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü fəaliyyətə başlayan MDB-nin üzv dövlətlərinin Milli Antiterror Mərkəzləri rəhbərlərinin IX iclasında Birliyin Antiterror Mərkəzinin başçısı general-polkovnik Andrey Novikov məlumat verib.

O, MDB-nin terror və ekstremist xarakterli cinayət törətmiş terrorçu təşkilatların və şəxslərin adının daxil olduğu antiterror bankına malik olduğunu xatırladıb.

"Bilirsiz, bazamız əhəmiyyətli dərəcədə zənginləşib, MDB məkanında qeyd edilən cinayətlərə görə 4 262 cinayətkar axtarışdadır", - deyə A.Novikov bildirib.

Son xəbərlər

Orphus sistemi