Yuxarı
    Bağlamaq

    MDB ölkələrində 4 mindən çox adam terror cinayətinə görə axtarışa verilib

    MDB Antiterror Mərkəzinin rəhbəri: Bazamız əhəmiyyətli dərəcədə zənginləşib, MDB məkanında 4 262 cinayətkar axtarışdadır

    Bakı. 10 fevral. REPORT.AZ/ MDB ölkələrində 4 mindən çox adam terror cinayətlərində iştiraka görə axtarışa verilib.

    "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü fəaliyyətə başlayan MDB-nin üzv dövlətlərinin Milli Antiterror Mərkəzləri rəhbərlərinin IX iclasında Birliyin Antiterror Mərkəzinin başçısı general-polkovnik Andrey Novikov məlumat verib.

    O, MDB-nin terror və ekstremist xarakterli cinayət törətmiş terrorçu təşkilatların və şəxslərin adının daxil olduğu antiterror bankına malik olduğunu xatırladıb.

    "Bilirsiz, bazamız əhəmiyyətli dərəcədə zənginləşib, MDB məkanında qeyd edilən cinayətlərə görə 4 262 cinayətkar axtarışdadır", - deyə A.Novikov bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi