Yuxarı

"Maykl" qasırğası Mərkəzi Amerikada 13 nəfərin həyatına son qoyub

"Maykl" qasırğası Mərkəzi Amerikada 13 nəfərin həyatına son qoyub

Bakı. 9 oktyabr. REPORT.AZ/ Dünəndən Salvador, Nikaraqua və Hondurası cənginə alan "Maykl" qasırğası nəticəsində azı 13 nəfər ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, adıçəkilən ölkələrin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə xidmətlərinin məlumatında evlərin damlarının dağılması və daşqınlara səbəb olan leysan yağışları səbəbi ilə Hondurasda 6, Nikaraquada 4, Salvadorda isə 3 nəfərin öldüyü bildirilir. Həmçinin Qvatemalada çay axınının apardığı uşağın axtarışı davam etdirilir.

ABŞ Milli Qasırğası İzləmə Mərkəzinin (NHC) məlumatına görə, çərşənbə axşamı küləyin maksimum sürəti 150 km/saat təşkil edib.

Qeyd edək ki, hazırda qasırğa Kubaya çatıb və ABŞ-ın Florida ştatına doğru hərəkət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi