Bakı. 4 noyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Mayk Pompeo "Fox News" telekanalına müsahibəsində Birləşmiş Ştatların İrana qarşı sanksiyalarından danışıb.
"Report" xəbər verir ki, ABŞ rəsmisi sanksiyaların 600-dən çox şirkətə və fiziki şəxsə qarşı tətbiq olunacağını bildirib.
"
Pompeo daha əvvəl ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin qeyd etdiyi rəqəmdən aşağı rəqəm açıqlayıb. S.Mnuçin sanksiya siyahısına İranın 700-dən çox fiziki və hüquqi şəxsin salınacağını bildirib. Onlardan bəzilərinin adları ABŞ-ın əvvəlki sanksiyalar siyahısında olmayıb.
Pompeo əlavə edib ki, sanksiyalar artıq İranın iqtisadiyyatına böyük təsir göstərib. Çünki avropalı partnyorlar qabaqcadan bu ölkədən öz bizneslərini çıxarmağa başlayıblar. "Yüzlərlə şirkət İranı tərk etdi", - o bildirib.
"Biz artıq İranın gündəlik milyon bareldən çox xam neftinin ixracını azaltdıq. Bu say (İran neftinin çatdırılması) sonra da azalacaq. Bir neçə ölkə artıq neft ixracını əhəmiyyətli dərəcədə azaltdı. Sıfıra çatmaq üçün bir az daha çox vaxt lazımdır", - deyə dövlət katibi qeyd edib.