ABŞ İranın neft-qaz sektoruna qarşı sanksiyaları 8 ölkəyə şamil etməyəcək

ABŞ İranın neft-qaz sektoruna qarşı sanksiyaları 8 ölkəyə şamil etməyəcək Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ-ın İran neftinə qarşı tətbiq edəcəyi sanksiyalar 8 ölkəyə müvəqqəti olaraq şamil edilməyəcək.
Digər ölkələr
2 Noyabr , 2018 19:33
ABŞ İranın neft-qaz sektoruna qarşı sanksiyaları 8 ölkəyə şamil etməyəcək

Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ-ın İran neftinə qarşı tətbiq edəcəyi sanksiyalar 8 ölkəyə müvəqqəti olaraq şamil edilməyəcək. 

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo İranın enerji sektoruna dair məhdudlaşdırıcı tədbirlərin bərpasına həsr olunan xüsusi telefon brifinqində deyib. 

Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar davam edir: "Bu ölkələrə güzəşt İrandan neft idxalını xeyli azaltdıqlarına və bir çox başqa məsələlərdə əməkdaşlıq etdiklərinə, həmçinin Tehranın neft gəlirlərini sıfıra endirmək üçün əhəmiyyətli addımlar atdıqlarına görə tətbiq edilib. Hətta İrana qarşı enerji sanksiyaları bərpa edilmədən də bu ölkənin gündəlik neft ixracatının xeyli azalmasına nail olmuşuq. Biz hələ sanksiyaların qüvvəyə minməsindən əvvəl İranın xam neft ixracatının 1 milyon barel azalmasını gözləyirik". 

Ağ Ev rəsmisi sanksiyaların tətbiqi zamanı müəyyən humanitar istisnalara gedəcəklərini, o cümlədən İranın dava-dərman idxalına mane olmayacaqlarını da diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi