Malidə hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 15 əməkdaşı öldürülüb

Malidə hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 15 əməkdaşı öldürülüb Malidə silahlıların hərbi düşərgəyə hücumu zamanı təhlükəsizlik qüvvələrinin 15 əməkdaşı həlak olub.
Digər ölkələr
26 Yanvar , 2020 15:51
Malidə hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 15 əməkdaşı öldürülüb

Malidə silahlıların hərbi düşərgəyə hücumu zamanı təhlükəsizlik qüvvələrinin 15 əməkdaşı həlak olub.

“Report” xəbər verir ki, bu barədə "Agency France Presse“ hərbi dairələrdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Sequ regionunun Sokolo şəhərində baş verib.

"Terrorçuların Sokolo düşərgəsinə hücumu zamanı azı 15 hərbçi öldürülüb", - mənbə bildirib. O, əlavə edib ki, silahlılar özləri ilə düşərgənin silahlarını və hərbi ləvazimatlarını da aparıblar. 

Son xəbərlər

Orphus sistemi