Yuxarı

Malayziyada Səudiyyə Ərəbistanı kralına qarşı terror aktının qarşısı alınıb

Malayziyada Səudiyyə Ərəbistanı kralına qarşı terror aktının qarşısı alınıb
Dörd Yəmən vətəndaşı Səudiyyə Ərəbistanının kral ailəsinə qarşı terror aktı törətməyi planlaşdırıb

Bakı. 7 mart. REPORT.AZ/ Malayziyada saxlanılan dörd Yəmən vətəndaşı bir müddət əvvəl Kuala Lumpurda olan Səudiyyə Ərəbistanının kral ailəsinə qarşı terror aktı törətməyi planlaşdırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Milli Polisin rəhbəri Xalid Əbu Bakar bildirib.

"Onlar nəsə edənə qədər biz onları həbs etməyi bacardıq" - ölkənin baş polisi deyib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yaşları 26-33 arasında dəyişən əcnəbilər fevralın 26-da antiterror reydi zamanı saxlanılıblar. Şübhəlilər arasında Malayziyada özəl universitetdə təhsil alan tələbə də var. Eyni zamanda, yerli restoranlardan birində aşpaz işləyən şəxs də şübhəlilər sırasındadır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səud böyük nümayəndə heyətinin müşayiət ilə fevralın 26-da Malayziyaya səfər edib. Dördgünlük səfər onun Kuala Lumpura ilk rəsmi səfəri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi