"Malaysian Airlines"in pilotu təyyarəni Hind okeanına qaçırmaq istəyib

"Malaysian Airlines"in pilotu təyyarəni Hind okeanına qaçırmaq istəyib Müstəntiqlərin fikrincə, MH-370 reysinin pilotu Zahari Şah təyyarəni bilərəkdən okeana yönəldib
Digər ölkələr
23 İyul , 2016 12:13
Malaysian Airlinesin pilotu təyyarəni Hind okeanına qaçırmaq istəyib

Bakı. 23 iyul. REPORT.AZ/ "Malaysian Airlines" aviaşirkətinin yoxa çıxan təyyarəsinin pilotu laynerin itməsindən bir ay əvvəl Hind okeanının cənub hissəsində uçuşu stimulyator vasitəsilə sınayıb. 

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Malayziya polisi və FTX-nin tədqiqatları nəticəsində müəyyən olunub ki, MH-370 reysinin pilotu Zahari Şah aviaşirkətə məxsus təyyarənin yoxa çıxmasından 1 ay əvvəl öz ev kompüterində bir neçə dəfə "Microsoft Flight Simulator X" proqramından yararlanıb və Hind okeanının cənub hissəsində uçuşu simulyasiya edib. Məlumatlar kompüterdən silinib, lakin mütəxəssislər onları bərpa ediblər. 

Pilot Kuala-Lumpurdan uçuş, Hind okeanının cənub hissəsinə dönüş və yanacağın çatacağı qədər uçuşun davam etdirilməsi imkanlarını öyrənib. 

Müstəntiqlər müəyyən ediblər ki, əvvəlcədən Pekinə uçan MH-370 reysi təxminən bu marşrutla hərəkət edib. Əldə olunan məlumatlara əsaslanaraq, müstəntiqlər ehtimal edir ki, Z.Şah təyyarəni bilərəkdən okeana yönəldib.

Xatırladaq ki, 2014-cü ilin mart ayında Kuala-Lumpurdan Pekinə uçan "Malaysia Airlines" aviaşirkətinə məxsus təyyarə yoxa çıxıb. Təyyarədə 239 nəfər olub. 

Son xəbərlər

Orphus sistemi