Makedoniyada 14 terrorçu öldürülüb

Makedoniyada 14 terrorçu öldürülüb Əməliyyatda 8 polis əməkdaşı həlak olub
Digər ölkələr
10 May , 2015 21:44
Makedoniyada 14 terrorçu öldürülüb

Bakı. 10 May. REPORT.AZ/ Makedoniyada terrorçulara qarşı keçirilən xüsusi əməliyyat başa çatıb. Son məlumata görə, atışma zamanı hüquq mühafizə orqanlarının 8 əməkdaşı həlak olub, 37-si yaralanıb.

"Report"un BBC-yə istinadən xəbər verir ki əməliyyat ölkənin şimalındakı Kumanovo şəhərində keçirilib. Əməliyyatın gedişində 14 terrorçu öldürülüb.

Makedoniya Daxili İşlər Nazirliyinin nümayəndəsi İvo Kotevskinin deyib ki, söhbət Balkanların ən qorxulu ekstremist qruplaşmasından gedir. O, bütün region üçün təhlükə mənbəyi idi. Polis nümayəndəsi qeyd edib ki, qruplaşmaya Kosovo albanları rəhbərlik edirdi.

"Euronews" telekanalının yaydığı məlumata görə, 50-80 nəfərdən ibarət terrorçu dəstə ölkə ərazisinə bir neçə gün əvvəl qonşu Kosovodan keçib. Bu müddətdə yaraqlıları Kumanovo şəhərində yaşayan albanların gizlətdiyi ehtimal olunur.

Məlumatda 30 yaraqlının təslim olduğu, 15-nin isə qaçıb gizləndiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi