Bakı. 10 May. REPORT.AZ/ Makedoniyada terrorçulara qarşı keçirilən xüsusi əməliyyat başa çatıb. Son məlumata görə, atışma zamanı hüquq mühafizə orqanlarının 8 əməkdaşı həlak olub, 37-si yaralanıb.
"Report"un BBC-yə istinadən xəbər verir ki əməliyyat ölkənin şimalındakı Kumanovo şəhərində keçirilib. Əməliyyatın gedişində 14 terrorçu öldürülüb.
Makedoniya
"Euronews" telekanalının yaydığı məlumata görə, 50-80 nəfərdən ibarət terrorçu dəstə ölkə ərazisinə bir neçə gün əvvəl qonşu Kosovodan keçib. Bu müddətdə yaraqlıları Kumanovo şəhərində yaşayan albanların gizlətdiyi ehtimal olunur.
Məlumatda 30 yaraqlının təslim olduğu, 15-nin isə qaçıb gizləndiyi bildirilir.