Bakı. 17 sentyabr. REPORT.AZ / Madrid metrosunda sərnişinlərdən birinin çantasında olan noutbukun partlaması nəticəsində cihazın sahibəsi də daxil olmaqla 6 nəfər yüngül xəsarət alıb.
“Report”un RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra bunu terror hücumu zənn edən sərnişinlər vahiməyə düşüblər. Hadisə yerinə polis və tibb işçiləri cəlb olunub.