Bakı. 23 yanvar. REPORT.AZ/ Britaniyalı kontr-admiral Con Uil bəyan edib ki, London "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) mövqelərinə zərbə endirmək üçün nüvə başlıqlı raketlərdən istifadə edə bilər.
"Report" "Daily Express"ə istinadən xəbər verir ki, o bu addımın terrorçuları dayandırmaq üçün yeganə üsul ola biləcəyini ehtimal edib.
Böyük Britaniyanın sualtı atom donanmasının komandanı Suriyada yaraqlılara qarşı maksimum 11 min km-dən çox nüvə yükü daşımaq iqtidarında olan "Traydent" ballistik raket sisteminin tətbiqini mümkün sayıb.
Admiralın sözlərinə görə, hazırda Britaniyanın göyərtəsində "Traydent" ballistik raketlərinin olduğu "Venqard" sinifli dörd sualtı qayığı var.