Yuxarı

​London İŞİD-in mövqelərinə nüvə zərbəsi endirə bilər

Bunu britaniyalı kontr-admiral Con Uil bəyan edib

Bakı. 23 yanvar. REPORT.AZ/ Britaniyalı kontr-admiral Con Uil bəyan edib ki, London "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) mövqelərinə zərbə endirmək üçün nüvə başlıqlı raketlərdən istifadə edə bilər.

"Report" "Daily Express"ə istinadən xəbər verir ki, o bu addımın terrorçuları dayandırmaq üçün yeganə üsul ola biləcəyini ehtimal edib.

Böyük Britaniyanın sualtı atom donanmasının komandanı Suriyada yaraqlılara qarşı maksimum 11 min km-dən çox nüvə yükü daşımaq iqtidarında olan "Traydent" ballistik raket sisteminin tətbiqini mümkün sayıb.

Admiralın sözlərinə görə, hazırda Britaniyanın göyərtəsində "Traydent" ballistik raketlərinin olduğu "Venqard" sinifli dörd sualtı qayığı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi