Yuxarı

​Liviyada törədilən terror aktı nəticəsində 65 polis həyatını itirib

Terror aktı yük maşınına yerləşdirilən bombanın partlaması nəticəsində törədilib

Bakı. 7 yanvar. REPORT.AZ/ Liviyanın Zliten şəhərində polislərin təlim düşərgəsində törədilən terror aksiyası nəticəsində 65 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Məlumata görə, terror aktı yük maşınına yerləşdirilən bombanın partlaması nəticəsində törədilib.

Qeyd edək ki, Zliten şəhəri ölkə paytaxtı Tripolidən 160 km şərqdə yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi