Liviyada dinc nümayiş iştirakçıları minaatanlardan atəşə tutulub: 6 ölü, 35 yaralı

Liviyada dinc nümayiş iştirakçıları minaatanlardan atəşə tutulub: 6 ölü, 35 yaralı Hadisə Benqazi şəhərində baş verib
Digər ölkələr
24 Oktyabr , 2015 04:22
Liviyada dinc nümayiş iştirakçıları minaatanlardan atəşə tutulub: 6 ölü, 35 yaralı

Bakı. 24 oktyabr. REPORT.AZ/ Liviyada dinc nümayiş iştirakçıları minaatanlardan atəşə tutulub. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, ölkədə sülhün bərqərar olması tələbi ilə Benqazi şəhərində toplaşan yüzlərlə insan terrorçuların hədəfinə çevrilib.

Radikal qruplaşmalar tərəfindən nəzarət olunan rayondan açılan atəş nəticəsində 6 nümayişçi həlak olub, azı 35 nəfər yaralanıb.

Qeyd edək ki, BMT-nin dəstəklədiyi sülh planına əsasən oktyabrın əvvəlində Liviyada milli birlik hökuməti formalaşdırılıb. Hökumətinin formalaşdırılması prosesində ölkənin bütün regionlarını təmsil edən 150 nəfər iştirak edib.

Son xəbərlər

Orphus sistemi