Yuxarı

Liviyada dinc nümayiş iştirakçıları minaatanlardan atəşə tutulub: 6 ölü, 35 yaralı

Hadisə  Benqazi şəhərində baş verib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Liviyada dinc nümayiş iştirakçıları minaatanlardan atəşə tutulub. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, ölkədə sülhün bərqərar olması tələbi ilə Benqazi şəhərində toplaşan yüzlərlə insan terrorçuların hədəfinə çevrilib.

Radikal qruplaşmalar tərəfindən nəzarət olunan rayondan açılan atəş nəticəsində 6 nümayişçi həlak olub, azı 35 nəfər yaralanıb.

Qeyd edək ki, BMT-nin dəstəklədiyi sülh planına əsasən oktyabrın əvvəlində Liviyada milli birlik hökuməti formalaşdırılıb. Hökumətinin formalaşdırılması prosesində ölkənin bütün regionlarını təmsil edən 150 nəfər iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi