Yuxarı

Lissabonda tramvay qəzası zamanı 28 nəfər xəsarət alıb - FOTO

Lissabonda tramvay qəzası zamanı 28 nəfər xəsarət alıb - FOTO

Bakı. 15 dekabr. REPORT.AZ/ Portuqaliyanın paytaxtı Lissabon şəhərində tramvay qəzası baş verib.

Bu barədə "Report" "Daily Mirror"a istinadən xəbər verir.

Məlumata görə, hadisə Lapa rayonunda qeydə alınıb. Tramvayın binanın küncünə çırpılması nəticəsində azı 28 nəfər xəsarət alıb.

Xəsarət alanların hamısı həkim nəzarəti altındadır. Yaralılar arasında iki uşaq, o cümlədən bir körpə də var.

Təcili xidmətlərin məlumatına görə, onların həyatı üçün təhlükə yoxdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi