Bakı. 15 dekabr. REPORT.AZ/ Portuqaliyanın paytaxtı Lissabon şəhərində tramvay qəzası baş verib.
Bu barədə "Report" "Daily Mirror"a istinadən xəbər verir.
Məlumata görə, hadisə Lapa rayonunda qeydə alınıb. Tramvayın binanın küncünə çırpılması nəticəsində azı 28 nəfər xəsarət alıb.
Xəsarət alanların hamısı həkim nəzarəti altındadır. Yaralılar arasında iki uşaq, o cümlədən bir körpə də var.
Təcili xidmətlərin məlumatına görə, onların həyatı üçün təhlükə yoxdur.