Bakı. 2 oktyabr. REPORT.AZ/ ABŞ-ın Las-Veqas şəhərində "Route 91" kantri-musiqi festivalına hücumda ölənlərin sayı 58 nəfərə çatıb.
"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, 64 yaşlı Stiven Paddokun 32-ci mərtəbədən kütlənin üzərinə atəş açması nəticəsində yaralıların sayı 500 nəfəri keçib.
İŞİD terror təşkilatı hücumun məsuliyyətini üzərinə götürüb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi isə hadisənin İŞİD-lə heç bir əlaqəsini tapmadığını açıqlayıb.