Las-Veqasda musiqi festivalına hücum nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb, 500-dən çox yaralı var

Las-Veqasda musiqi festivalına hücum nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb, 500-dən çox yaralı var İŞİD terror təşkilatı hücumun məsuliyyətini üzərinə götürüb
Digər ölkələr
2 Oktyabr , 2017 20:00
Las-Veqasda musiqi festivalına hücum nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb, 500-dən çox yaralı var

Bakı. 2 oktyabr. REPORT.AZ/ ABŞ-ın Las-Veqas şəhərində "Route 91" kantri-musiqi festivalına hücumda ölənlərin sayı 58 nəfərə çatıb. 

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, 64 yaşlı Stiven Paddokun 32-ci mərtəbədən kütlənin üzərinə atəş açması nəticəsində yaralıların sayı 500 nəfəri keçib. 

İŞİD terror təşkilatı hücumun məsuliyyətini üzərinə götürüb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi isə hadisənin İŞİD-lə heç bir əlaqəsini tapmadığını açıqlayıb.  

Son xəbərlər

Orphus sistemi